Atanın gözü qarşısında oğlunu ildırım vurub öldürdü

24.04.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Tailandda kişini ildırım vuraraq öldürüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Amnat Çaren əyalətində baş verib. 44 yaşlı fermer Sommai Jarujit ildırım vurması nəticəsində həlak olub.

Hadisə zamanı kişi axşam yeməyi hazırlamaq üçün lima ağacının yarpaqlarını toplayırmış.

Dəhşətli olay mərhumun atası Sayvay Jarujitin gözü qarşısında baş verib. Kişi ildırım gurultusunu eşitdiyini və oğlunun huşsuz halda yerə yıxıldığını gördüyünü deyib.

İlkin tibbi yardım göstərmək cəhdlərinə baxmayaraq, Sommayı xilas etmək mümkün olmayıb. Hadisə yerinə gələn həkimlər ölüm faktını yerindəcə təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью