Atanın həbsdəki oğluna tərliyin içərisində narkotik keçirməsinin qarşısı alınıb

15.10.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısını alıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkumla qısamüddətli görüşə gələn atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью