Atanın şöhrəti vardı, sənin isə populyarlığın var

21.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Polad Bülbüloğlu Moskvada şair Rasull Həmzətovla görüşə təxminən yarım saat gecikdiyi günü xatırlayıb.

Modern.az xəbər verir ki, bəstəkarın sözlərinə görə, gecikməsinə metroda səhv xəttə minməsi səbəb olub.

“Mehmanxanaya girəndə gördüm ki, çox əsəbidir. Dedim, Rasull Həmzətoviç, üzr istəyirəm. Dedi, "Nə üzr? Unutma, atanın şöhrəti vardı, sənin isə yalnız populyarlığın var". Məni belə danlamaq istədi. Rasuldan necə incimək olar? O, çox qeyri-adi yumoru olan adam idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью