Ataş, bu da sənə AKASH... | Icma.az
Icma.az bildirir, Azvision saytına əsaslanaraq. Əslində Hindistanın özü silah idxalından asılıdır.
Yerli istehsal əsasən “Hindistanda düzəlt” proqramı çərçivəsində texnologiya ilə birlikdə əldə edilən silah sistemlərinin hesabına formalaşır.
Hindistan hazırda mühərrik və transmissiyanı Almaniyadan, optik elektron vasitələri İsraildən, artılleriya avadanlıqlarını isə Fransadan əldə edir.
AKASH kompleksinə qədər Hindistan HHM sistemləri istehsal etmirdi.
Hindistanın müdafiə sənayesinin istehsal imkanları əvvəllər Rusiya, sonralar isə İsrail və Fransanın texnologiyası ilə birgə Delhiyə satdığı silahların bazasında təmin edilir.
Adı çəkilən ölkələr özləri üçün aktaullığını itirən silah sitemlərini texniki sənədləri və istehsal lisenziyası ilə birgə daim silah qıtlığından əziyyət çəkən Hindistana satırlar.
Çin və Pakistanın artan hərbi potensialı fonunda Hindistan istənilən silahı texniki sənədləri ilə birlikdə almağa hazırdır.
Ona görə də orada istehsal edilən silahların çoxu müasir müharibələrdə effektiv hesab edilmir.
Tam oxu
Xəbəri oxu