Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalq artisti Emin Ağalarov ad günüdə atası, iş adamı Araz Ağalarovun ona verdiyi hədiyyəni nümayiş etdirib.
Axşam.az xəbər verir ki, atası sənətçiyə 1978-ci il buraxılışlı "Çayka" retro avtomobili bağışlayıb.
Emin bildirib ki, həmin vaxtlar Moskvada hökumət adamları məhz bu maşınlardan istifadə ediblər:
"Maşının ili 1978, mənim isə 1979-dur. Avtomobilin yaşı məndən 1 il çoxdur. Baxmayaraq ki, böyükdür, məndən yaxşı vəziyyətdədir. Ən yaxşı atadan ən yaxşı hədiyyə".