Atası gəzən budağı...

15.04.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Finlandiyalı pilot Mika Hakkinenin qızı Ella Hakkinen “Formula-4”də çıxış edən İsveçrə komandası “Jenzer Motorsport” ilə müqavilə bağlayıb.

Bununla bağlı xəbəri “Formula-4”ün mətbuat xidməti yayıb. Turnirin ilk mərhələsi aprelin 10-12-si aralığında keçiriləcək. Xəbərdə deyilir:

“Ella Hakkinen 2026-cı ildə bizim seriyada çıxış edəcək! Tanış addı. “Formula-1”in ikiqat çempionunun qızını salamladığımıza görə çox şadıq”.


15 yaşlı Ella ötən il “Maklaren”in gənclər proqramına qəbul olunub. Mika Hakkinen isə 1991-2001-ci illər aralığında “Formula-1” üzrə dünya çempionatında çıxış edib. 1998-ci və 1999-cu illərdə çempion titulunu qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью