Icma.az bildirir, Olay.az portalına istinadən.
45 yaşlı Meqan Markl həyat yoldaşı, şahzadə Harri və övladları ilə birlikdə atası Tomas Markla qarşı aparılan araşdırma ilə bağlı mediada yaranan ajiotaj səbəbindən Böyük Britaniyanı tərk edib.
OLAY yazır ki, Meqanın atası Tomas Markl uşaq pornoqrafiyasını saxlamaqda ittiham olunur.
“Meqan inanılmaz dərəcədə üzgündür. O, Liliyə baxır və ehtimal olunan qurbanlar olan bütün uşaqları düşündükcə ağlayır. Axı onun da azyaşlı övladları var. Bu, sadəcə dəhşətdir” deyə Sasseks cütlüyünə yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda Sasseks ailəsi dostlarından birinə məxsus evdə qalır. Dostları onlara bir müddət həmin evdə yaşamağa icazə verib. Cütlük harada olduqlarını gizli saxlayır.