Atası ispan olan millimizin sabiq yarımmüdafiəçisi rayon komandasında

26.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Karvan” heyətini gücləndirib.

Sportal.az "Sportinfo"ya istinadən xəbər verir ki, I Liqa təmsilçisi gürcü əsilli Nika Çaçaşvili ilə razılığa gəlib. Premyer Liqaya iddialı olan klub baxışdan keçirdiyi 20 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb. Onun atası ispan, anası gürcüdür.

Nika “Qəbələ“nin yetirməsidir. Uzun illər “qırmızı-qaralar“ın akademiya komandalarında çıxış edib.

Həmçinin Azərbaycanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarının formasını geyinib. Odur ki, I Liqada legioner statusu daşımadan oynayacaq.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью