Atası kimi “Ayaks”da oynayacaq

19.01.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Ayaks” Maksimilian İbrahimoviçin transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, Amsterdam klubunun yaydığı məlumata görə, 19 yaşlı futbolçu mövsümün sonuna qədər satınalma hüququ ilə “Milan”dan icarəyə götürülüb.
Maksimilian 2022-ci ildə İsveçin “Hammarbü” klubunun akademiyasından “Milan”a transfer olunub. O, son 6 ayı İtaliya D Seriyasında çıxış edən “Milan Futuro” komandasında keçirib.
Qeyd edək ki, Maksimilian “Ayaks” və “Milan”ın sabiq ulduz futbolçusu Zlatan İbrahimoviçin oğludu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью