Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun tam adını açıqlayıb.
Sherg.az Qol.az-a istinadən xəbər verir ki, o, “Aston Villa” ilə oyun öncəsi jurnalistlərlə söhbətində soyadla bağlı yaranan qarışıqlığa aydınlıq gətirib:
“Laminin soyadı Nasraui Ebanadır. Qarışıqlıq yaranmasın deyə bunu qeyd etmək istədim. Lamin Yamal isə onun adıdır”.
Qeyd edək ki, 18 yaşlı futbolçuya ailələrinə çətin dövrdə dəstək olan iki dostun - Lamin və Yamalın adları verilib. Hər iki ad ərəb mənşəlidir. "Lamin" etibarlı və sadiq, "Yamal" isə gözəllik, zəriflik və cazibə mənalarını ifadə edir.
Xatırladaq ki, Yamal “Aston Villa” ilə matçda qol vuracağı təqdirdə Çempionlar Liqasında yeniyetmə yaşlarında ən çox qol vuran futbolçu olacaq.
Qeyd edək ki, "Barselona" - "Aston Villa" matçı noyabrın 4-də keçiriləcək.