Atası Neymarın gələcəyindən danışdı

25.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Əl-Hilal"ın hücumçusu Neymarın atası Neymar da Silva Santos futbolçunun gələcəyi ilə danışıb. Sport24.az xəbər verir ki, o, oğlunun karyerasının planlı olmadığını bildirib:

"Nə olacağını görəcəyik. Biz heç vaxt heç nə planlaşdırmamışıq. Yeganə plan "Barselona"ya getmək idi. Qalan hər şey təsadüfən oldu. PSJ çılğın bir ideya idi, elə "Əl-Hilal" da. Transfer bazarı Neymarın zədəsini sağaltmağını gözləyir. Oğlum bu dəfə mütləq geri dönəcək. Onun 2025-ci ilə qədər "Əl-Hilal"la müqaviləsi var. Biz hələ heç nə bilmirik".

Xatırladaq ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal" a keçib. Braziliyalı futbolçu bir illik zədədən sağaldıqdan sonra yenidən 1,5 aylıq sıradan çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью