Atası Qaranın soyadını niyə dəyişdirib? Video

16.05.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan yığmasının və “Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev “İctimai TV” də yayımlanan “Sabahın Xeyir Azərbaycan” verilişində maraqlı açıqlama ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, soyadının dəyişdirildiyini deyib. 

Q.Qarayev bildirib ki, atası dahi bəstəkar Qara Qarayevə görə onun soyadını dəyişdirib: “Atam öz əmisinin adını mənə qoyub. Daha sonra isə musiqiçi olmağımı istədiyi üçün soyadımı da Qarayev olaraq dəyişdirib. Ailədə hamı Ağayevdir, amma mən Qarayev. Bir müddət musiqiyə getdim, amma futbola olan həvəsim məni idmana gətirdi. Futbolu daha çox bəyənirdim. Sadəcə 1 il piano çalmışam”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью