Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Prokurorluğu Mərkəzi Seçki Komissiyasına "Güclü Ermənistan" blokunun namizədi D.K-nin (Erməni mətbuatı onun David Kazinyan olduğunu yazır-red.) barəsində cinayət təqibi başlatması və həbs olunması üçün müraciət edib.
"Cebheinfo.az" xəbər verir ki, daha əvvəl Korrupsiyaya qarşı Mübarizə Komitəsi Kazinyanın toxunulmazlığından məhrum edilməsi üçün Prokurorluğa və Mərkəzi Seçki Komissiyasına müraciət etdiyini bildirmişdi. Komitənin məlumatına görə, D.Kazaryan, eləcə də partiyanın İrəvanın Arabkir rayonundakı ofisinin əməkdaşları seçicilərə seçki rüşvəti vəd edib və veriblər.
Bununla bağlı cinayət işi açılıb, bir neçə şəxs saxlanılıb, ofislərdə axtarış aparılıb. Komitə bu gün həm də "Güclü Ermənistan" blokunun namizədinin atasının seçki rüşvəti paylaması ilə bağlı məlumat aldığını açıqlayıb.
Komitə şəxsin adını açıqlamayıb.
Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Yerlər uğrunda on səkkiz siyasi qüvvə mübarizə aparır.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin