Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Alı Quliyevin (adı, soyadı şərtidir) barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.Bizim.Media xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin edilib, Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilib.
Məhkumun əməli Cinayət Məcəlləsinin (CM) 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif olunub və ona 7 il 10 ay 15 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.İstintaq materiallarına görə, hadisə 9 fevral 2024-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhərində yerləşən yaşayış binalarının birində baş verib.Belə ki, Alı Quliyev həmin binanın sakini və əvvəllər tanıdığı şəxs tərəfindən söhbət etmək məqsədilə binanın dəhlizinə çağırılıb.
Həmin şəxs ona qızı, zərərçəkmiş Aminə Quliyevanın (adı, soyadı şərtidir) guya əxlaqsız həyat tərzi keçirməsi barədə məlumat verib.
Sonra ata bunu qızının həyat tərzinin onun namusuna toxunması kimi qiymətləndirib və “namusunu təmizləmək” niyyəti ilə Aminəni öldürmək qərarına gəlib.
Bu məqsədlə o, tək halda mənzilə daxil olaraq mətbəxdən bıçağı götürüb.
Daha sonra sağ əlində bıçaqla mənzilin dəhlizində dayanan qızına yaxınlaşıb və anasının (arvadı) gözü qarşısında Aminənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirib.Nəticədə Alı zərərçəkmiş şəxsə ümumilikdə 5 ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirib.Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs qızını öldürmək istəsə də, mənzilə səs-küyə görə daxil olan qonşusu onu arxadan tutaraq saxlayıb.
Nəticədə Alı cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib.