Atası təsdiqlədi: Ərəblər erməniyə 10 milyon verirlər

03.06.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın “Krasnodar” futbol klubunun yarımmüdafiəçisi Eduard Spertsyanın atası Mkrtiç Spertsyan oğluna Səudiyyə Ərəbistanından təklif gəlməsi ilə bağlı şayiələrə cavab verib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, daha əvvəl “Əl-Əhli”nin futbolçuya bonuslar daxil ildə 10 milyon avro maaşla üç illik müqavilə təklif etdiyi bildirilmişdi.

“Təklif var. Biz hələ də onu nəzərdən keçiririk. Prioritet Avropadır. Amma əgər… O, hələ Səudiyyə Ərəbistanına köçməyə razılıq verməyib. Hələ yox. Biz gözləyirik”, – Mkrtiç Spertsyan bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью