Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Çində yeddi yaşlı Vanq adlı məktəbli dəfn mərasimlərinə qeyri-adi maraq göstərir. O, evdə atası üçün saxta dəfn mərasimləri təşkil edir.
Bakıvaxtı.az xəbər verir ki,“South China Morning Post” qəzetinin məlumatına görə, oğlanın dəfn mərasimlərinə marağı dörd yaşında, ilk dəfə real dəfn mərasimində iştirak etdikdən sonra yaranıb. Daha sonra bağça müəlliməsi valideynlərinə onun albomunun dəfn çələnglərinin rəsmləri ilə dolu olduğunu bildirib.
Vanq zamanla miniatür tabutlar, çələnglər, kağız paqodalar və digər dəfn ləvazimatları hazırlamağa başlayıb. Mərasimlər üçün çadırlar qurmaq məqsədilə “Lego” hissələrindən də istifadə edir.
Məktəblinin anası bildirib ki, oğlu bəzən bu mərasimləri mağazanın və qonşuların köşklərinin yaxınlığında təşkil edir. Valideynləri onun qeyri-adi hobbinə anlayışla yanaşırlar.
Vanq hətta atasını bir neçə dəfə evdə dəfn edib. Atası isə oğlunun istəyini yerinə yetirmək üçün özünü ölü kimi göstərib.
Murad İsmayıl