Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Yaşıl Kart" sistemi çərçivəsində sığorta xidməti göstərən Azərbaycan şirkətlərinin sayı azalıb.
“APA-Economics” xəbər verir ki, “AtaSığorta” “Yaşıl Kart" sistemi çərçivəsində sığorta xidməti göstərən şirkətlərin siyahısından çıxarılıb. Bununla da “Yaşıl Kart” üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 7-dən 6-yə enib. Bunlar "Atəşgah" Sığorta Şirkəti ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Xalq Sığorta" ASC.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06.01.2026-cı il tarixli Qərarı ilə "AtaSığorta" ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.