Atasını döyən reper 1 il 6 ay həbs edilə bilər

22.04.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bir neçə gün əvvəl saxlanılan türkiyəli reper "Sansar Salvo" ləqəbli Ekincan Arslanın həbsi istənilir. 

BAKU.WS xəbər verir ki, atasını döydüyü üçün saxlanılan "Sansar Salvo" "Qəsdən adam yaralama" maddəsi ilə ittiham edilir. Onun keçirilən məhkəmədə 6 aydan  1 il 6 aya qədər həbsi tələb edilib. 

Reper atası ilə aralarında yarana münaqişə zamanı onun sinəsinə yumruqla vuraraq yaralayıb. 

"Sansar Salvo"nun növbəti məhkəməsi mayın 7-də baş tutacaq. 

Xatırladaq ki, bu ilin martında narkotik vasitəyə təşviq səbəbiylə həbs olunub daha sonra sərbəst buraxılan Arslan bu dəfə atasını döydüyü görüntüləri sosial şəbəkədə paylaşdığı üçün polis tərəfindən saxlanılıb.

Görüntülər sosial şəbəkələrdə böyük etiraz doğurub və reper tutulub.

Ekincan Arslan türk rep musiqisinin tanınmış simalarındandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью