Atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ÖLDÜ

24.11.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda ağır yol qəzası zamanı 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü İsmayılov Vüsal Aydın oğlu yaşadığı Binə qəsəbəsində atasına məxsus avtomobili qaçırıb.

O, idarə etdiyi maşını Zığ şossesində işıq dirəyinə çırpıb. Qəza nəticəsində 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью