Atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb

24.11.2024

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Vüsal Aydın oğlu İsmayılov yaşadığı Binə qəsəbəsində atasına məxsus avtomobili qaçırıb.

O, idarə etdiyi maşını Zığ şosesində işıq dirəyinə çırpıb.

Qəza nəticəsində 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью