Atasının dəfnində məzara yıxılıb öldü

24.10.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb.

Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştirak etmək üçün qəbiristanlığa gəlib.

Bir müddət sonra ətrafdakı insanlar güclü səs eşidiblər. Məlum olub ki, Adilson məzarın üzərindəki konstruksiyada əyləşib və nəticədə tikili çöküb.

Kişi çökən məzar konstruksiyasının içinə yıxılaraq ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью