Atasının işində polisə yardım edəcək

09.11.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Britaniya mediası Meqan Marklın atası Tomas Marklla bağlı aparılan istintaqa kömək etmək istədiyini yazıb.

Axşam.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinə məlumatlı mənbə bildirib. Tomas Markl azyaşlıların pornoqrafik görüntülərini saxlamaqda ittiham olunduqdan sonra ev dustaqlığına göndərilib.

İstintaq Tomas Marklın oğlunun Filippindəki evdə qutuların içərisində qadağan olunmuş materiallar aşkar etməsindən sonra başlayıb. Daha sonra FTB əməkdaşları Marklın təxminən 20 il icarəyə götürdüyü Los-Ancelesdəki anbarlara baxış keçirib. Orada da azyaşlıların təsvir olunduğu fotolar aşkarlanıb. İttihama görə, bəzi görüntülərdə Tomas Marklın özü də yer alıb.

İstintaqa Meqan Marklın anası, Tomasın keçmiş həyat yoldaşı Doriya Reqland da cəlb olunub. O, fotolarda əks olunan şəxsin həqiqətən Tomas Markl olduğunu təsdiqləyib.

Meqan daha əvvəl təhlükəsizlik səbəbindən atasının iki övladı ilə görüşməsinə heç vaxt icazə vermədiyini bildirib. O, şahzadə Harri ilə evləndikdən sonra kral ailəsinin təhlükəsizlik xidmətinin atası ilə bağlı narahatedici məlumatlar əldə etdiyini də qeyd edib. Həmin vaxt Meqandan kral ailəsinin imicinə zərər vurmamaq üçün susması istənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью