Atatürk büstünü oğurlayan 2 nəfər saxlanılıb

29.11.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Zonguldak vilayətinin Karadeniz Ereğli rayonunda məktəb həyətindəki Atatürk büstünü oğurlayan iki şübhəli şəxs saxlanılıb.

Sherg.az xəbər verir ki, hadisə ilə bağlı jandarmanın apardığı araşdırma zamanı təhlükəsizlik kameralarının görüntüləri və şahid ifadələri əsasında oğurluqda avtomobildən istifadə edildiyi müəyyənləşdirilib.

İstintaq nəticəsində G.B. və onun qohumu Y.B.-nin büstü avtomobillə kənddən götürərək Üzülməz ərazisinə apardıqları və hurdacıya satmağa çalışdıqları müəyyən edilib. Hurdacının büstü qəbul etməməsindən sonra onu meşəlik əraziyə atıblar.

Jandarma əməkdaşları büstü Üzülməz TOKİ ərazisində tapıblar. G.B. və Y.B. “ağırlaşdırılmış oğurluq” ittihamı ilə məhkəməyə çıxarılıb və hakim qərarı ilə həbs ediliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью