Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik XİN

10.11.2024

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.

Moderator.az  xəbər verir ki, paylaşımda deyilr:

"Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür. Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью