ATB ilə PATA arasında turizm sahəsində memorandum imzalandı

29.10.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, sənədi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar.

Memorandum Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılması və ölkənin turizm imkanlarının tanıdılması, regionun turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, media nümayəndələri ilə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də turizm sektorunun digər maraqlı tərəfləri arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

Sammitin ikinci hissəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50-dən çox turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçirilib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub və yeni işgüzar əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, dünya üzrə rəsmi turizm qurumları, beynəlxalq aviaşirkət və hava limanları, qonaqpərvərlik təşkilatları, təhsil müəssisələri və turizm şirkətləri daxil olmaqla ümumilikdə 650-dən çox üzvə malik olan Asiya-Sakit Okean Turizm Assosiasiyası 1951-ci ildən bəri fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır. Azərbaycan Turizm Bürosu 2019-cu ildən təşkilatın üzvüdür.

Mürtəza 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью