ATB nin əməkdaşı VI “Yüksəliş” müsabiqəsinin qalibi oldu

24.07.2026

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən "Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, çalışdığı sahədə intellektual səviyyəsi və idarəetmə bacarıqları ilə fərqlənən potensialları üzə çıxaran və kadr ehtiyatı bankının yaradılmasını təmin edən bu müsabiqənin qalibləri sırasında  Azər Türk Bankın əməkdaşı Fərid Nadirov da vardır.

F. Nadirov ATB-nin Korporativ Bankçılıq departamentində şöbə rəisi vəzifəsində çalışır. O, Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью