Atdığı petarda ilə “Kremoneze”nin qapıçısını kar edən azarkeş barmaqlarını itirib

02.02.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“La Gazzetta dello Sport” qəzetinin verdiyi məlumata görə, “Kremoneze”nin qapıçısı Emil Audero, milanlıların 2:0 hesabı ilə qalib gəldiyi Serie A matçında “İnter” azarkeşinin ona atdığı petardadan şoka düşüb.

Hadisə nəticəsində qapıçı partlayışdan kar olub və meydana yıxılıb. Auderoya tibbi yardım lazım olub, lakin oyunçu oyuna davam edə bilib.

Partlayışa səbəb olan azarkeş əlindəki ikinci petarda vaxtından əvvəl partladıqdan sonra bir neçə barmağını itirib. Bu olaya görə “İnter”in azarkeşləri onu elə tribunada döyməyə başlayıblar. O, xəstəxanadan çıxdıqdan sonra dərhal həbs olunacaq.

“İnter” oyunçuları zorakılığa etiraz olaraq matçdan sonra azarkeşlərini salamlamaqdan imtina ediblər.

23 Serie A matçından sonra “İnter”in 55 xalı var və turnir cədvəlinə başçılıq edir. “Kremoneze”nin 23 xalı var və 14-cü yerdədir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью