Ateltiko nun prezidentindən Real ı məyus edəcək açıqlama

10.06.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Madrid "Atletiko"sunun prezidenti Enrike Serezo "Real"ın hücumçu Julian Alvares üçün təklifinə cavab verib. Sport24.az xəbər verir ki, o, bu barədə "El Chiringuito TV"-yə açıqlamasında danışıb:

"Real"dan rəsmi təklif? Julian Alvares satılmır. Biz onu satmaq istəmirik".

Bir müddət əvvəl mətbuatda forvardın PSJ, "Barselona" və "Arsenal"ın da maraq dairəsində olduğu barədə xəbərlər yayılıb. g

Alvaresin 2030-cu ilə qədər  "Atletiko" ilə müqaviləsi var. Hücumçu başa çatan mövsümdə bütün turnirlərdə 49 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Karl klubu" 26 yaşlı argentinalı oyunçu üçün 150 milyon avro ödəməyə hazırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью