Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Barselona"nı "Atletiko"nun hücumçusu Xulian Alvaresin mümkün transferi ilə əlaqədar cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" qəzeti məlumat yayıb.
Kataloniya təmsilçisi yarış qaydalarının 133-cü maddəsini pozduğuna görə 602 avro məbləğində cərimə ödəməlidir. Sözügedən maddə müəyyən edilmiş direktivlərə, təlimatlara, razılaşmalara və ya tənzimləyici öhdəliklərə əməl edilməməsi hallarını əhatə edir.
İş "Atletiko"nun şikayəti əsasında açılıb. Madrid təmsilçisi "Barselona"nı argentinalı futbolçunun transferi ilə bağlı danışıqlar aparmağa cəhd edərkən etik normaları pozmaqda ittiham edib.
Qeyd edək ki, FİFA məsələ ilə bağlı araşdırmaya başlamaqdan imtina edib.