“Atəşgah Həyat”da ödənişlər 91% sıçrayıb və yığımları keçib

24.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2026-cı ilin ilk 8 ayında 75 milyon 51 min manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə bu göstərici 73 milyon 158 min manat idi.

Beləliklə, yığımlar 1 milyon 894 min manat və ya 2,6% artıb.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, kakin əsas dəyişiklik sığorta ödənişlərində baş verib. Şirkətin ödənişləri 42 milyon 33 min manatdan 80 milyon 405 min manata çatıb. Bu, 38 milyon 372 min manat və ya 91,3% artım deməkdir.

Nəticədə 2026-cı ilin yanvar–avqustunda şirkətin ödənişlərinin həcmi topladığı sığorta haqlarını təxminən 5,35 milyon manat üstələyib.

Ödəniş/yığım nisbəti bir il əvvəlki 57,5%-dən 107,1%-ə yüksəlib. Həyat sığortasında ödənişlərin strukturuna müddəti başa çatan müqavilələr və digər məhsul xüsusiyyətləri təsir göstərə bildiyindən bu göstərici texniki zərərlilik kimi şərh edilməməlidir.

“Atəşgah Həyat” 6,73%-lik yığım payı ilə müqayisə edilən şirkətlər arasında üçüncü yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью