“Atəşgah” Sığorta 34 700 manatlıq KASKO ödənişi etdi

27.08.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

30 illik tarixə malik “Atəşgah” Sığorta Şirkəti ASC fəaliyyətində müştəri məmnuniyyətini və şəffaflığı əsas prinsip kimi rəhbər tutaraq, avqust ayı üzrə irihəcmli KASKO ödənişini həyata keçirmişdir.

“Qafqazinfo” xəbər verir ki, şirkət tərəfindən sığortalanmış “Mercedes-Benz S63 AMG” markalı minik avtomobili mayın 27-si baş vermiş hadisə nəticəsində zədələnib.

Hadisə ilə əlaqədar avtomobilə dəymiş maddi zərərin məbləği “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən müəyyənləşdirilib və aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, sığortalıya 34 700 manat məbləğində sığorta ödənişi edilib.

“Atəşgah” Sığorta Şirkəti uzunmüddətli təcrübəsinə əsaslanaraq, gələcəkdə də müştərilərinin yanında olmağı və yüksək xidmət keyfiyyətini davamlı şəkildə inkişaf etdirməyi qarşıya məqsəd qoyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью