Atəşgah Sığorta nın xalis mənfəəti 57% azalıb

20.05.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Atəşgah Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 
Demokrat.az xəbər verir ki, şirkət yanvar-mart aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib. 
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57% azdır. 
Bu il aprelin əvvəlinə "Atəşgah Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 9,8% az – 64,3 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 46,8 milyon manat (13,8% az), balans kapitalı isə 17,5 milyon manat (2,8% çox), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью