“Atəşgah” Sığortadan xüsusi fürsət Səyahət sığortasına 20% endirim

22.06.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Atəşgah” Sığorta Şirkəti ASC  “Azercell Telekom” MMC ilə əməkdaşlıq çərçivəsində “Premium” və “Premium+” tarif istifadəçiləri üçün xüsusi və sərfəli imkan təqdim edir.

Belə ki, “Azercell”in “Premium” və “Premium+” tarif abunəçiləri “Atəşgah” Sığortanın etibarlı Səyahət sığortasından 20% endirimlə yararlanmaq imkanı əldə edirlər.

“Atəşgah” Sığortanın təqdim etdiyi “Səyahət sığortası” xarici səfərlər zamanı yarana biləcək gözlənilməz risklərə qarşı maliyyə təminatı və geniş müdafiə imkanları təqdim edir.

Bu sığorta növü səyahət zamanı baş verə biləcək arzuolunmaz hallarda müştərilərə etibarlı və güvənli dəstək göstərir.

Bu xüsusi təklifdən yararlanmaq olduqca asandır: “Premium” və “Premium+” abunəçiləri “Azercell” mobil tətbiqinə daxil olaraq “Eksklüziv təkliflər” bölməsində yerləşən “Atəşgah Səyahət Sığortası” banneri vasitəsilə birbaşa müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью