“Atəşgah” yığımlarını 38% ə yaxın artırıb Bazar payını da böyüdüb

24.09.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Atəşgah” Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–avqust aylarında sığorta yığımlarını əhəmiyyətli dərəcədə artırıb.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, Şirkətin sığorta haqları 2025-ci ilin eyni dövründəki 42 milyon 709 min manatdan 58 milyon 764 min manata yüksəlib. Artım 16 milyon 55 min manat və ya 37,6% təşkil edib.

Sığorta ödənişləri isə 26 milyon 350 min manatdan 28 milyon 328 min manata çatıb. Ödənişlərdə artım 7,5% olub.

Yığımların ödənişlərdən daha sürətli artması ödəniş/yığım nisbətini 61,7%-dən 48,2%-ə endirib.

“Atəşgah”ın bazar payı 4,07%-dən 5,27%-ə yüksəlib. Şirkət yığım həcminə görə müqayisə olunan sığortaçılar arasında 2025-ci ildəki 5-ci pillədən 2026-cı ildə 4-cü yerə qalxıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью