Atəşkəs 60 gün uzana bilər

17.04.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ ilə İran arasında müvəqqət razılaşma əldə oluna bilər. 

“Cebheinfo.az” “Reuters” - ə istinadən xəbər verir ki, ABŞ və İran rəsmiləri danışıqlar zamanı bəzi ambisiyalarından geri çəkilməyə və münaqişənin yenidən başlamasının qarşısını almağa yönəlmiş müvəqqəti memorandum üzərində işləmək barədə qərara gəliblər. 

Agentliyin məlumatına görə, dəyişikliklər ötən həftə sonu İslamabadda nəticəsiz danışıqlardan sonra baş verib. Pakistan vasitəçilərinin daha nikbin açıqlamalarına baxmayaraq, ABŞ və İran nümayəndələri nüvə proqramı, o cümlədən zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və nüvə fəaliyyətlərinin dayandırılması ilə bağlı əsas məsələlərdə ortaq mövqeyə gələ bilməyiblər və hər iki tərəfin bu məsələlərdə fikir ayrılıqları var. 

“Reuters” müəyyən mənbələrə istinadən qeyd edir ki, tərəflər Hörmüz boğazı ətrafındakı vəziyyətin həlli də daxil olmaqla, mümkün kompromisləri nəzərdən keçirirlər. 

Onların sözlərinə görə, Tehran boğazdan gəmiçiliyin genişləndirilməsi müqabilində İran aktivlərinin qismən açılmasını nəzərdə tutan müvəqqəti razılaşma təklif edir. 

Razılıq əldə olunarsa, tərəflər ekspertlərin və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iştirakı ilə yekun razılaşma üzrə danışıqlar aparmaq üçün 60 günə qədər vaxt əldə edə bilərlər. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью