“Atəşkəs barədə razılıq əldə etmək mümkün olmadı” Zelenski

11.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabi danışıqları zamanı atəşkəs barədə razılığa gəlməyin mümkün olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti bu barədə Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı danışıb.
Zelenski müvafiq təklifin Rusiya nümayəndələri tərəfindən rədd edildiyini açıqlayıb:
“İndi Uitkoff və Kuşner bu məsələləri Moskvada birbaşa Putinlə müzakirə etməlidirlər. Ən azı cavab alacağımı gözləyirəm”.
O, danışıqların digər detalları barədə məlumat verməyib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью