Atəşkəs elan edildikdən sonra Qəzzada 70 dən çox fələstinli ölüb

16.01.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Atəşkəs razılaşmasının elan olunmasından sonra İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında 70-dən çox fələstinli həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzanın Mülki Müdafiə İdarəsinə istinadla Fələstinin “Al-Aqsa” telekanalı məlumat yayıb.
“Sazişin elan edilməsindən sonra sionist işğalçı qüvvələr 61-i şəhərdə olmaqla 71 nəfəri öldürüb”, - deyə Qəzzanın mülki müdafiə sözçüsü Mahmud Basal bildirib.
Qeyd edək ki, bir gün əvvəl İsrail və HƏMAS hərəkatının Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə 42 günlük atəşkəs haqqında razılığa gəldiyi bildirilib.
Xatırladaq ki, bu, münaqişə zamanı ikinci atəşkəsdir: birinci atəşkəs 2023-cü ilin noyabrında bağlanıb və cəmi altı gün davam edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью