Atəşkəs elan olunandan sonra Qəzzada 11 nəfər ölüb, 21 nəfər yaralanıb

21.04.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabr ayında elan edilən atəşkəsdən sonra Qəzzada və İordan çayının qərb sahilində ən azı 11 fələstinli öldürülüb.

AL-Jazeera xəbər verir ki, bu barədə Fələstin rəsmiləri və yerli media məlumat yayıb.

Bildirilib ki, hücumlar nəticəsində 21 nəfər yaralanıb.

Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə 7 oktyabr 2023-cü ildən bəri azı 72 min 560 fələstinli ölüb, 172 min 560 nəfər fələstinli isə yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью