GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İranla atəşkəs ABŞ və İsrailin koordinasiyalı səylərinin nəticəsidir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Krausz APA-ya müsahibəsində deyib.
O qeyd edib ki, atəşkəs gözlənilən idi və İsrail üçün bu xəbəri almaq sürpriz olmayıb.
“Hesab edirəm ki, indi iranlılarla səmərəli və açıq danışıqlar aparmaq üçün bir fürsət yaranıbsa və danışıqlar real nəticələr verərsə, həm ABŞ-ın, həm də İsrailin tələblərə real cavab tapılarsa, bu, dünyanın, o cümlədən İsrailin və İran xalqının, ümumilikdə isə regionun xeyrinə olacaq”, – səfir əlavə edib.