Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail və Livan arasında uzun müddətdir davam edən müharibə başa çatmaq üzrədir.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Axios”-a açıqlama verən yüksək vəzifəli İsrail və ABŞ rəsmiləri, tərəflərin yekun razılaşmaya yaxınlaşdıqlarını bildiriblər.
Atəşkəs müqaviləsindən sonra miqrasiya etmiş mülki şəxslərin öz evlərinə qayıtması gözlənilir.
Müqaviləyə görə, 60 günlük keçid dövrünün yaradaılması nəzərədə tutulur.
Bu dövrdə razılaşmanın icrasına nəzarət ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi tərəfindən həyata keçiriləcək.
Həmin müddətdə İsrail ordusu Livanın cənubundan geri çəkilməli, Livan ordusu sərhəd bölgələrinə yerləşdirilməli, “Hizbullah” isə ağır silahlarını Litani çayının şimalına daşımalıdır.
Bundan başqa, ABŞ İsrailə mümkün təhdidlərə qarşı təminat məktubu verməyə razılaşıb.