Atəşkəs yenə pozuldu Qəzzada ölü sayı artır

16.01.2025

Icma.az, Manset saytına istinadən bildirir.

Qəzza Zolağında atəşkəs razılaşmasından sonra 73 nəfər həyatını itirib.

Manset.az türk mətbuatına istinadən xəbər verir ki, İsrail Baş Nazirliyi HƏMAS-ın razılaşmanın bəzi maddələrini pozduğunu iddia edərək razılaşmanın təsdiqi üçün planlaşdırılan hökumət toplantısının təxirə salındığını açıqlayıb. HƏMAS isə razılaşmaya sadiq olduğunu bəyan edib.

Dünən axşam İsrail və HƏMAS Qəzzada atəşkəs üçün razılığa gəlib. Razılaşmanın 19 yanvarda qüvvəyə minməsi gözlənilsə də, İsrail hücumları davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью