Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Suriyada Şam rəhbərliyi və YPG/SDG qruplaşması arasında atəşkəs əldə olunduqdan so
Ərdoğan Türkiyənin başda terrorla mübarizə olmaqla, bir çox sahədə Suriyaya dəstəyinin artaraq davam edəcəyini bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran görüşlə bağlı bu məlumatları paylaşıb: Görüşdə Türkiyə-Suriya əlaqələri və ölkədəki son vəziyyət müzakirə olunub.
Prezident Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə və sabitliyinə böyük önəm verdiyini vurğulayıb.
Ərdoğan qeyd edib ki, Suriya torpaqlarının terrordan tamamilə təmizlənməsi həm region, həm də Suriya üçün zəruridir.
O, Türkiyənin bu istiqamətdə Suriyaya hər cür dəstəyi verəcəyini təsdiqləyib.
Xatırladaq ki, Suriya ordusu yanvarın 13-də Fəratın qərbindəki bölgələri "qapalı hərbi zona" elan etmiş və bütün silahlı qruplardan oranı tərk etmələrini tələb etmişdi.
Keçən həftə isə Hələbin bəzi məhəllələri (Eşrefiye, Şeyx Maqsud və Beni Zeyd) ordunun nəzarətinə keçmişdi.Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDG) arasındakı razılaşmaya əsasən: SDG-yə bağlı hərbi qüvvələr Fərat çayının şərqinə çəkiləcək.