Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Atəşkəs elan olunduqdan və İsrail ordusu geri çəkildikdən sonra fələstinli ailələr Qəzza şəhərinə qayıtmağa başlayıblar.
APA xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Agentliyin yaydığı videoda minlərlə fələstinlinin Qəzzanın şimalına doğru hərəkət etdiyi görsənir.
Qeyd edək ki, İsrail hökumətinin Qəzzada atəşkəs planını təsdiqləməsindən sonra atəşkəs rejimi qüvvəyə minib.