Atəşkəsdən sonra Hizbullahdan ilk açıqlama: Əllərimiz tətikdə olacaq

28.11.2024

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Livan və İsrail arasında atəşkəsin qüvvəyə minməsindən sonra "Hizbullah" tərəfindən ilk açıqlama verilib.

Açıqlamada İsrailin gələcəkdə yenidən həyata keçirə biləcəyi mümkün hücumlar vurğulanıb.

“Döyüşçülərimizin gözü düşmənin sərhəddən keçən hərəkətlərində və geri çəkilmə prosesində olacaq, Livanın suverenliyini müdafiə etmək üçün isə əlləri tətikdə qalacaq. Qüvvələrimiz İsrailin hücumlarına qarşı tam hazır olacaq”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, İsrail ordusu ilə "Hizbullah" arasında 14 aydan çox davam edən qarşıdurmaya son qoyan atəşkəs razılaşması dünən səhər saatlarında qüvvəyə minib.(Publika.az) 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью