Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Atəşkəs qüvvəyə minəndən bəri İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında ən azı 51 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı rəsmi qurumlara istinadla məlumat yayıb.
Bildirilib ki, atəşkəsdən sonra Qəzza zolağında qurbanların sayı 51-ə çatıb, 150-dən çox insan yaralanıb.
Xatırladaq ki, oktyabrın 6-da İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında münaqişənin həlli üçün dolayı danışıqları bərpa ediblər. Oktyabrın 9-da tərəflər ABŞ prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 18-də Qəzza Media İdarəsi bəyan edib ki, İsrail atəşkəsi 47 dəfə pozub, nəticədə 38 nəfər ölüb, 143 nəfər yaralanıb.