Atəşkəsə baxmayaraq, İsrail Livanın cənubunu atəşə tutdu

28.10.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Atəşkəs və çərçivə razılaşmasına baxmayaraq, İsrail ordusu Livanın cənubundakı yaşayış məntəqələrinə artilleriya hücumlarını davam etdirib.

Turkustan.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail artilleriyası Nəbatiyyə bölgəsindəki Konin və Beraşit şəhərlərinin ətrafını hədəfə alıb. Mayfadun və Şərqi Zautar arasındakı ərazi də vaxtaşırı artilleriya atəşinə tutulub.

İsrail ordusu səhər saatlarında Mansuri, Hadassa və Məcdəl Zun şəhərlərini, eləcə də ətraf vadiləri artilleriya atəşinə tutub.

Bununla yanaşı, İsrailə məxsus pilotsuz uçuş aparatı Livanın paytaxtı Beyrut üzərində alçaq hündürlükdə uçuş həyata keçirib.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью