ATƏT Baş katibi Kobaxidze ilə Cənubi Qafqazda sülh və sabitliyi müzakirə edib

23.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanda səfərdə olan ATƏT Baş katibi Feridun Sinirlioğlu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, görüş zamanı ATƏT-lə əməkdaşlıq, regionda cari vəziyyət və Gürcüstanın üzləşdiyi çağırışlar müzakirə edilib.

Tərəflər Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətə də diqqət yetirildiyini qeyd edib.

Gürcüstanın hökumət administrasiyasında baş tutan görüşdə Cənubi Qafqazda sülh və sabitliyin önəminə və Gürcüstanın bu istiqamətdəki səylərinə də diqqət yetirilib. ATƏT-in Avropanın təhlükəsizlik arxitekturasında əsas dialoq platforması olaraq qaldığı vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью