ATƏT də erməni şousu: məqsəd bəlli, niyyət məkrli | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci il iyunun 4-dən 6-dək Varşavada keçirilmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təşkilatçılığı ilə baş tutan 3-cü İnsan Ölçüsü Konfransında yenidən Ermənistan nümayəndə heyətinin humanitar gündəliyin siyasiləşdirilməsinə yönəlmiş bəyanatları səsləndi.
"İnklüzivlik: dözümlülüyün təşviqi və ayrı-seçkiliyə qarşı mübarizə vasitəsi kimi" mövzusuna həsr olunmuş bu konfransda inklüziv siyasətin inkişafı, mədəniyyətlərarası və dinlərarası dialoq, eləcə də ATƏT regionunda dözümsüzlüyün aradan qaldırılması məsələləri müzakirə olundu.
Fəqət bəyan edilən mövzu və formatdan asılı olmayaraq, bir sıra erməni qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarını Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün istifadə etdilər.
Onlar guya azərbaycanlıların törətdiyi "hərbi cinayətlər", erməni qaçqınların aqibəti və erməni mədəni-mənəvi irsinin məhv edilməsi ilə bağlı iddiaları gündəmə gətirdilər.
Bu iddialar guya "beynəlxalq reaksiya tələb edən" məsələlər kimi təqdim olundu, lakin nə hüquqi əsaslandırma, nə də etibarlı faktoloji sübutlarla müşayiət olunmadı.
Beləcə ATƏT/DTİHB Konfransı bir daha birtərəfli erməni təbliğatının səhnəsinə çevrildi.
Dözümlülük və ayrı-seçkiliklə mübarizə əvəzinə Ermənistan təmsilçiləri bu forumu çoxdan köhnəlmiş "soyqırımı", "etnik təmizləmə" və "dini təhlükə" şüarlarını təkrarlamaq üçün tribunaya çevirdilər.
Tam oxu
Xəbəri oxu