ATƏT ə üzv 24 ölkə Gürcüstanla bağlı missiya yaradır

29.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ATƏT-ə üzv 24 ölkə Gürcüstanla bağlı ekspert missiyası yaradır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Gürcüstanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq 24 ölkə ATƏT-in “Moskva mexanizmi”ni aktivləşdirib.

Faktaraşdırıcı missiya Gürcüstanla bağlı obyektiv və qərəzsiz hesabat və tövsiyələr hazırlayacaq. Birgə bəyanatda Gürcüstana əməkdaşlıqla və missiyanın işinə şəraitin yaradılması ilə bağlı çağırış yer alıb.

Sənədə Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İrlandiya, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monteneqro, Niderland, Norveç, Sloveniya, Ukrayna, Böyük Britaniya və İsveç qoşulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью