ATƏT in Baş katibi Gürcüstana səfərə gəlib

22.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 22 aprel, AZƏRTAC

ATƏT-in baş katibi Feridun Sinirlioğlu Gürcüstana səfər edib.

AZƏRTAC xəbər verir ki, o, aprelin 22-də Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək, bundan sonra mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

ATƏT-in Baş katibinin Gürcüstanın icra və qanunvericilik orqanlarının yüksəkvəzifəli şəxsləri ilə görüşləri də planlaşdırılır.

Səfər çərçivəsində Feridun Sinirlioğlu işğal xəttinə yaxın yerləşən Odzisi kəndinə də baş çəkəcək, mövcud vəziyyətlə yerindəcə tanış olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью